...

Azərbaycanda İKT sektorunun gəliri birinci yarımildə 500 mln. manat təşkil edib

Telekommunikasiya Materials 28 İyul 2009 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir, Q.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində idarənin 2009-cu ilin birinci yarımildə fəaliyyətinin yekunları barədə geniş kollegiya iclası keçirilib.

Azərbaycanın rabitə naziri Əli Abbasovun qeyd etdiyi kimi, sözügedən dövrdə fəaliyyətin əsas istiqamətləri xüsusi sahibkarlıq subyektlərinin inkişafının təmin edilməsi, onların əmək ehtiyatlarının və iqtisadi potensialının səmərəli istifadəsi, iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması və respublikada yoxsulluğun səviyyəsinin azaldılmasıdır.

Məhz sözügedən münasibət nəticəsində 2009-cu ilin birinci yarımili ərzində İKT və poçt rabitəsi sahəsində əldə olunan gəlirlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 10,3 faiz artaraq 495,5 milyon manat təşkil edib.   

2008-ci ilin analoji dövrü ilə müqayisədə İKT sahəsində artım tempi 10,2 faiz, telekommunikasiya sektoru üzrə 12,2 faiz, poçt rabitəsi sahəsində isə 16,7 faiz təşkil edib.

İKT və poçt rabitəsi sahəsində əldə olunan gəlirlərin həcminin 80,3 faizi qeyri-hökumət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya və poçt rabitəsi sahələrində əldə olunan gəlirlərin həcmi ötən ilin analoji dövrü ilə müqaysədə 12,3 faiz artaraq 468,3 milyon manat təşkil edib.  

Telekommunikasiya və poçt rabitəsi sahəsindəki gəlirlərin 73,8 faizi mobil rabitə opreatorlarının payına düşüb, analoji dövr ilə müqayisədə artım surəti 15,1 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti