...

Azercell "Həftəyə avtomobil" adlı yeni kampaniya keçirir

Telekommunikasiya Materials 28 İyul 2009 16:12 (UTC +04:00)
"Azercell" öz abonentlərinə hər həftə avtomobil udmaq kimi inanılmaz şans verir. İyulun 21-dən etibarən SimSim abonentləri üçün yeni "Həftəyə Avtomobil" kampaniyasına start verilib.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir H.Vəliyev /

"Azercell" öz abonentlərinə hər həftə avtomobil udmaq kimi inanılmaz şans verir. İyulun 21-dən etibarən SimSim abonentləri üçün yeni "Həftəyə Avtomobil" kampaniyasına start verilib.

Kampaniya zamanı abonentlər gecə konturlarının hesabına 50 MMS qazanmaq, həmçinin hər həftə "Toyota Corolla" avtomobilini udmaq imkanını əldə edirlər.

Kampaniyada iştirak etmək üçün abonent 9080 qısa nömrəsinə SMS-lə 50 yazıb göndərməlidir. Bundan sonra onun balansına 50 MMS yüklənilir. Abonentlər bu hədiyyədən 5 gün ərzində şəbəkədaxili MMS göndərmək üçün istifadə edə bilərlər.

9080 qısa nömrəsinə SMS göndərən abonentlər 50 MMS-lə yanaşı, həmçinin hər həftə oynanılan "Toyota Corolla" avtomobilini qazanmaq şansı əldə edirlər. Belə ki, hər həftənin cümə günü "Azercell Telekom" MMC-nin Baş Ofisində "Toyota Corolla" avtomobili oynanılan tiraj keçiriləcək.

Artıq iyulun 24-də kampaniyada oynanılan avtomobillərin ilk sahibinin müəyyənləşdirilməsi üçün tiraj keçirilib. İlk tiraj nəticəsində Allahverdiyev Vüsal Məhəmməd oğlu "Toyota Corolla" avtomobilinin sahibi olub.

9080 qısa nömrəsinə göndərilən hər bir mesajın qiyməti 1000 konturdur. Bu konturlar qısa mesajın nə zaman göndərilməsindən asılı olmayaraq, abonentin Gecə balansından tutulur. Əgər Gecə balansında kifayət qədər kontur olmazsa, çatışmayan hissə nömrənin əsas balansından tutulur.

Kampaniya dövründə keçiriləcək hər tirajda da həftə ərzində "50" rəqəmini 9080 qısa nömrəsinə göndərən SimSim abonentləri iştirak edirlər. Hər tirajda bir ədəd nömrə qalib elan edilir. Daha çox SMS göndərən abonentlər daha çox qazanmaq şansı əldə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti