...

Gəncədə növbəti dəfə BarCamp Azerbaijan-2009 adlı qeyri-rəsmi İT konfrans keçiriləcək

Telekommunikasiya Materials 31 İyul 2009 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir Q.Vəliyev /

Avqustun 14-16-da Gəncədə informasiya texnologiyaları üzrə BarCamp Azerbaijan-2009 qeyri-rəsmi konfrans keçiriləcək. Bu barədə Trend -a təbirin təşkilatçıları bildirib.

Mənbədən verilən məlumata əsasən, tədbir zamanı iştirakçılar yeni internet texnologiyaları, şəbəkə resursları, bloqlar, sosial şəbəkə, proqram təchizatı və s. haqqında danışacaqlar.

Tədbir konfrans iştirakçıları tərəfindən hazırlanan açıq təqdimat, mühazirə, hesabat, müzakirələr, master-klasslardan ibarət olacaq.

Tədbirdə informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə 100-dən çox mütəxəssisin, müasir medianın və bu sahə ilə maraqlanan şəxslərin (sayt, bloq sahibləri) iştirakı gözlənilir.

Tədbirin əsas məqsədi İnternet şəbəkəsinin və Azərbaycanda KİV-in inkişafı üzrə layihələrə stimul verilməsi, müasir internet texnologiyalarının tətbiqi, İT mütəxəssislərinin inkişaf perspektivi və problemlərinin müzakirəsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti