...

Azərbaycan ərazisində turistik Sim-kartların realizəsi qeyri-qanunidir - Rabitə Nazirliyi

Telekommunikasiya Materials 24 Avqust 2009 11:49 (UTC +04:00)
Azərbaycan ərazisində turistik Sim-kartların realizəsi qeyri-qanunidir - Rabitə Nazirliyi

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir H.Vəliyev /

"Azərbaycan ərazisində turistik Sim-kartların realizəsi qeyri-qanunidir", - Trend -a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin idarəetmə şöbəsinin müdiri Əliyar Tamirov deyib.

Onun sözlərinə görə, turistik Sim-kartların satış strukturunun tədqiqatı məqsədi ilə Rabitə Nazirliyi müvafiq orqanlara müraciət edib.

"Daxili bazarda belə Sim-kartları realizə edərkən, "virtual operator" Avropa operatorunun Azərbaycan ərazisindəki marağını təmsil edir. Mobil rabitə xidmətlərinin göstərilməsi üçün isə milli mobil rabitə operatorlarının malik olduğu müvafiq lisenziya lazımdır. Bununla əlaqədar olaraq, Avropa operatorlarının nömrə həcmlərini realizə edən "virtual operator"ların fəaliyyətini müəyyən mənada qanunsuz hesab etmək olar", - Tamirov qeyd edib.

Turistik Sim-kartlar Avropa operatorlarının yenidən bağlanmış müqavilələridir. Onların qiymətləri orta hesabla 10 dollardır. "Zənciri qapamaq üçün" alverçilərin son bir addım atması - bu kartları Azərbaycana gətirmək, adlarını dəyişdirmək, qiymət qoymaq və satışına başlamaq qalırdı.

Azərbaycanda ən populyar eston nömrələridir (+372 53 ХХХ-ХХХ formatında). Belə Sim-kartlar bu gün VenturoSIM brendi adı altında realizə edilir. Qiyməti 35 manatdır. Bu kartlar bahalı rouminq problemini həll edir. Adi mobil rabitə operatorlarının xidmətləri ilə müqayisədə danışıqlardakı qənaət 90 faiz təşkil edir. Sim-kartlar 150-dən çox ölkədə işləyir. Bununla yanaşı, onların 60-da daxil olan zənglər pulsuzdur. Onların içərisində Avropanın bir çox ölkələri (24 ölkə), MDB ölkələri və Türkiyə, Misir, Ərəb Əmirlikləri, İsrail və b. kimi populyar kurort ölkələri var. Gedən zənglər üçün minimal qiymət, bir dəqiqə üçün 39 sentdir. Gedən zənglərin qiyməti geri qayıdan zəng mexanizmi (Call-Back) ilə əlaqədar olaraq aşağı düşür. Qoşulma və abunə haqqı yoxdur. Danışıq vaxtı hesabının doldurulması İnternet resurs vasitəsilə həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti