...

Azərbaycanın mobil rabitə operatoru şəbəkəsində kredit alıcısının məlumatlandırılması xidməti göstəriləcək

Telekommunikasiya Materials 7 Sentyabr 2009 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir Q.Vəliyev /

Akinsoft Wolvox - ERP sistemi modulunun qoşulması işləri tamamlanıb. Bu sistem kredit alıcısının kreditin ödənilməsi müddəti barədə SMS vasitəsilə ilkin olaraq məlumatlandırılmasına imkan verir. Bu barədə Trend -a SFX şirkətinin direktoru Feyzulla Babayev bildirib.

Babayevin sözlərinə görə, layihə tamamlanma mərhələsindədir və sentyabr ayında təqdim ediləcək. SMS xəbərdarlıq sistemi mobil rabitə operatoru "Azercell Telecom" abunəçiləri üçün nəzərdə tutulub. Xidmət ilk növbədə kredit əsasında malların satışını həyata keçirən mağazalar, həmçinin kredit verən maliyyə müəssisələri üçün nəzərdə tutulub.

Bununla yanaşı, SFX şirkəti Akinsoft Wolvox - ERP-in yeni modulu üzərində işlər həyata keçirir. Bu modul xarici valyutaya nisbətdə manatın məzənnəsi barədə interaktiv məlumat almağa imkan verir. Sistem Azərbaycan Mərkəzi Bankının portalına inteqrasiya ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti