Azərbaycan, Bakı, 29 sentyabr / Trend /
Azercell Telekom MMC göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə profilaktik işlər həyata keçirir. Aparılan işlər ilə əlaqədar olaraq sentyabrın 30-da gecə vaxtı bir sıra xidmətlərin istifadəsi zamanı problemlərin yaranması mümkündür.
Azercell Telekom Azərbaycanın böyük GSM operatorudur və təxminən 3,7 milyon abunəçiyə xidmət göstərir.