...

ABŞ-ın ekspress çatdırılma xidməti Azərbaycanda yeni xidmətlər təkilf edir

Telekommunikasiya Materials 24 Oktyabr 2009 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir H.Vəliyev/

ABŞ-ın FedEx xidməti yaxın günlərdə ekspress çatdırılma və yüklərin daşınması üzrə Azərbaycan bazarına yönəldilmiş yeni xidmətlər təkilf etməyi planlaşdırır. Bu barədə FedEx Azerbaijan nümayəndəliyindən Trend -a məlumat verilib.

"Şirkətin strategiyasının yenilənməsi rəhbərliyin dəyişilməsi ilə əlaqədardır. Mateus Raytner FedEx-in Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib", - nümayəndəlikdən bildirilib.

Şirkət bu gün Azərbaycan bazarında özəl və korporativ müştərilərə yüklərin təcili çatdırılması, sürətli gömrük rəsmiləşdirilməsi, "qapıyadək çatdırılma" kimi geniş spektrdə nəqliyyat-logistik xidmətləri təklif edir.

Federal Express şirkəti 1971-ci ildə ABŞ-ın Memfis şəhərində yaradılıb. 1983-cü ilədək şirkətin illik dövriyyəsi 1 milyon dollardan artıq olub.

Dünya maliyyə bazarının qeyri-stabilliyi ilə əlaqədar olaraq avqustun 31-də başa çatan 2009-2010-cu maliyyə ilinin birinci rübündə şirkətin xalis gəliri 53 faiz azalaraq 181 milyon dollar olub. Ötən ilin müvafiq dövründə bu göstərici 384 milyon dollar təşkil edib.

FedEx şirkəti mühüm korrespondensiyaların və yüklərin daşınması bazarında böyüklüyünə görə dünyada ikinci yeri tutur. Şirkətin işçi ştatı 280 min nəfərdən artıqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti