...

Azərbaycanda 3G şəbəkəsinin tam fəaliyyətə başlaması ilin sonunadək gözlənilir - nazir

Telekommunikasiya Materials 2 Noyabr 2009 16:40 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azercell" və "Azerfon" mobil operatorların 3G standartlarında mobil xidmət göstərmək üçün lisenziyaların ayrılması müraciətini nəzərdən keçirir. Bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərlə söhbətində bildirib.
Azərbaycanda 3G şəbəkəsinin tam fəaliyyətə başlaması ilin sonunadək gözlənilir - nazir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azercell" və "Azerfon" mobil operatorların 3G standartlarında mobil xidmət göstərmək üçün lisenziyaların ayrılması müraciətini nəzərdən keçirir. Bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, mobil operatorlara 3G standartlarında xidmətin tətbiqi üçün öz şəxsi şəbəkələrini hazırlamaları tapşırılıb.

"Lisenziyaların ayrılması ilə bağlı problem olmayacaq və ilkin məlumatlara görə, 3G şəbəkəsinin tam fəaliyyətə başlaması ilin sonunadək gözlənilir", - Abbasov deyib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 3G operatorunun lisenziyasını almaq üçün şəbəkənin istismara verilməsinə dair işlərin mərhələləri, göstəriləcək xidmətin növləri və şəbəkənin əhatə radiusu, təhcizatın texniki xarakteri, 3G eksperimental məntəqəsinin yaradılması səriştəsi, həmçinin Azərbaycanın "Telekommunikasiyalar haqqında" qanununa əsasən Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarları barədə məlumat verilməlidir.

Xüsusi lisenziya tələb edən xidmətlər siyahısına daxilolma barədə fərmanın

3G standartlarında xidmət göstərmək üçün lisenziya verilməsi bəndi avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti