...

Azercell Telekom "Azercell-dən xallar" kampaniyasına dəyişiklik edib

Telekommunikasiya Materials 3 Noyabr 2009 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir H.Vəliyev/

"Azercell Telekom" MMC "Azercell-dən xallar" kampaniyasına dəyişiklik edib. Şirkətin şərtlərinə əsasən, 12 noyabr 2009-cu il tarixdən etibarən sözügedən kampaniya çərçivəsində 200 (1 AZN nominalı) və 450 (2 AZN nominalı) hədiyyə kontuları ləğv olunacaq.

Şirkətin yeni şərtlərinə əsasən, göstərilən dövrdən etibarən toplanmış xalları yalnız burada qeyd olunan hədiyyə konturlarına dəyişmək olar - 1300 hədiyyə kontur üçün (5 AZN nominalına bərabər) abonentin balansında 500 xal, 3000 hədiyyə kontur üçün (10 AZN nominalına bərabər) 1000 xal, 7000 hədiyyə kontur üçün (20 AZN nominalına bərabər) 2000 xal, 14500 hədiyyə kontur üçün isə (40 AZN nominalına bərabər) abonentin balansında 4000 xal olmalıdır.

Qazanılmış xallar üzrə balansı öyrənmək üçün BALANS sözünü yazıb, SMS-lə 9333 qısa nömrəsinə göndərmək lazımdır. Qazanılmış xalları Azercell tərəfindən təqdim edilən xidmətlərin istifadəsinə sərf olunacaq hədiyyə konturlara və ya avans kimi hesablanacaq pul məbləğinə dəyişmək üçün müvafiq olaraq SimSim və ya Fakturalı Xətt abonentləri 9333 qısa nömrəsinə AZN və seçdikləri nominalın rəqəmini yazıb göndərməlidir.

Yaxın zamanda Azercell şəbəkə abunəçiləri üçün yeni maraqlı təkliflər təqdim etməyi planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti