...

Azərbaycanda elektron ATS-lərin xüsusi çəkisi 87 faizi ötüb

Telekommunikasiya Materials 25 Yanvar 2010 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycanda elektron ATS-lərin xüsusi çəkisi yanvarın 1-nə 87,05 faiz təşkil edib, bu 2008-ci illə müqayisədə 3,95 faiz çoxdur. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 2009- cu ilin yekunları üzrə hesabatında deyilir.

Nazirliyin məlumatına əsasən, bu göstərici Bakı üzrə 90 faiz, respublikanın digər regionları üzrə 84,1 faiz təşkil edir. Göstərilən dövrdə kənd ATS-lərinin səviyyəsi 83,8 faiz təşkil edib

Əsas telefon aparatlarının ümumi sayı 86842 ədəd artaraq (RİTN üzrə 82431), 1 395 598 ədəd (RİTN üzrə 1 255 001) təşkil edib.

Hazırda hər 100 nəfərə düşən telefon aparatlarının sayı 16 ədəd təşkil edir. Bu göstərici ölkə üzrə 34,4, regionlar üzrə 10,5, kəndlərdə isə 6,9 ədəd təşkil edir.

Xəbər lenti

Xəbər lenti