...

Azərbaycanın poçt rabitəsi operatoru yeddi ölkə ilə poçt göndərişlərinin beynəlxalq izlənilmə sistemini həyata keçirib

Telekommunikasiya Materials 22 May 2010 14:13 (UTC +04:00)
"Azərpoçt" MMC - Azərbaycanın poçt rabitə operatoru - dünyanın yeddi ölkəsi ilə poçt göndərişlərinin beynəlxalq izlənilmə sistemini həyata keçirib, - Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda bildirilir.

Аzərbaycan, Bakı, 22 may /Trend, müxbir H.Vəliyev/

"Azərpoçt"  MMC - Azərbaycanın poçt rabitə operatoru - dünyanın yeddi ölkəsi ilə poçt göndərişlərinin beynəlxalq izlənilmə sistemini həyata keçirib, - Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda bildirilir.

Nazirliyin məlumatına görə, sistem İngiltərə, İsveçrə, ABŞ, Almaniya, Finlandiya, Yaponiya və Çinlə tətbiq edilib.

İzlənilmə sistemi göndərişin hazırkı statusu barədə operativ və dolğun məlumat əldə etməyə və beynəlxalq göndərişlərin gedişatını izləməyə imkan verir. Sistem vasitəsilə beynəlxalq poçtun işləməsi üzrə texnoloji proseslərin avtomatlaşdırılması bütün mərhələlərdə poçt göndərişlərinin gedişatı və vəziyyətini izləməyə şərait yaradır.

"Azərpoçt", həmçinin, İnternet vasitəsilə operativ sorğu sistemi, 32 ölkə ilə beynəlxalq sifarişli poçt göndərişlərindən istifadə edir. Birinci rübün nəticələrinə görə, bu sistem vasitəsilə sifarişli göndərişlər üzrə sorğular 140, gələn sorğuların sayı isə 169 ədəd təşkil edib.

Xəbər lenti

Xəbər lenti