...

Baksell-in "46 gün içində Mercedes-Benz qazan" kampaniyası dayandırıldı

Telekommunikasiya Materials 7 İyun 2010 19:59 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Baksell tərəfindən keçirilən "46 gün içində Mercedes-Benz qazan" adlı kampaniyanın dayandırılması barədə göstəriş verib.

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Baksell tərəfindən keçirilən "46 gün içində Mercedes-Benz qazan" adlı kampaniyanın dayandırılması barədə göstəriş verib. Bu barədə bazar ertəsi komitənin məlumatında deyilir.

Aparılmış araşdırmalar nəticəsində "Baksell Ltd" MMC tərəfindən "46 gün içində Mercedes-Benz qazan" adlı kampaniyanın təşkili və keçirilməsində lotereya əlamətləri aşkar edilib.

Bununla əlaqədar olaraq QKDK tərəfindən "Baksell Ltd" MMC-dən bu kampaniyanın lotereyalar sahəsinə aidiyətinin araşdırılması məqsədilə müvafiq sənədlərin QKDK-ya təqdim edilməsi və araşdırma başa çatanadək həmin kampaniyanın dayandırılması tələb olunub.

QKDK müvafiq tələbnaməni yerinə yetirmədiyinə görə "Baksell Ltd" MMC-nin inzibati məsuliyyətə cəlb olunması üzrə prosedura başlayıb.

Xəbər lenti

Xəbər lenti