...

Azərbaycanın telekommunikasiya operatorunun rəhbəri Rusiyanın kiçik regionunun "Nokia Siemens Networks" şirkətinə başçılıq edəcək

Telekommunikasiya Materials 13 Avqust 2010 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Q.Vəliyev/

"AzerTelekom" şirkətinin baş direktoru və "C-Ring Telecom" Direktorlar Şurasının üzvü Mixail Çupa Rusiyanın "Nokia Siemens Networks" şirkətinin rəhbəri təyin edilib. Bu barədə şirkətin məlumatında deyilir.

Cümə günü "AzerTelekom" şirkətindən Trend-ə bildirdiklərinə görə, gələn həftə şirkətin rəhbərliyindəki dəyişikliklə bağlı rəsmi təsdiqin ediləcəyi bildirilir.

"Nokia Siemens Networks"in rəsmi məlumatına görə, Çupa vəzifənin icrasına sentyabrın 1-dən başlayacaq.

Çupa "AzerTelekom" şirkətinin baş direktoru vəzifəsinə ötən il oktyabrın əvvəlində təyin edilib. O, bu vəzifədə hazırda Rusiyanın "Sinterra" QSC və Azərbaycanın "AzerTelekom" şirkətlərinin yaratdığı "C-Ring Telecom" birgə müəssisənin vitse-prezidenti vəzifəsini tutur.

Əvvəllər "Microsoft"un Rusiya bölməsinin "Windows Live" və "MSN online-xidmətlər" qrupuna rəhbərlik etmiş Çupa İT bazarda işləmək üzrə xeyli təcrübəyə malikdir. O, "Microsoft"un Çexiya bölməsinin "Golden Telecom - Sovintel" şirkətinə də rəhbərlik edib. Çupa Çexiyanın iri alternativ simsiz rabitə operatoru "Contactel"in təsisçisidir və Çexiyada İnternetin inkişafının fəallarından biri kimi məşhurdur.

Xəbər lenti

Xəbər lenti