Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) üçrəqəmli televiziya qəbuledicisinin və Bakı-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lənkəran-Lerik intervalında rəqəmli radiorele xətlərinin quraşdırılması üzrə tender elan edib. Bu barədə İB-nin tender komissiyasının məlumatında deyilir.
İştirakçılardan tender təklifləri 23 avqust saat 17:00-dək qəbul edilir.
Tenderlə bağlı əlavə məlumatı 498-80-65, 498-77-80 nömrəli telefonlarla əldə etmək olar.