...

Bakı məktəbində mobil müşahidə kameraları quraşdırılıb

Telekommunikasiya Materials 24 Sentyabr 2010 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC Bakının 47 saylı məktəbində 3G müşahidə kameralarının quraşdırılması üzrə pilot layihəni həyata keçirib. Bu barədə Trend-ə cümə günü "Azerfon" şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib.

Fərzəliyevin sözlərinə görə, pilot layihə Təhsil Nazirliyi ilə birgə həyata keçirilib. 3G kameralar birinci, ikinci, üçüncü və dördüncü siniflərdə quraşdırılıb ki, bu da valideynlərə onlayn rejimdə davamiyyəti yoxlamağa imkan verir.

"Xidmət Azərbaycanın mobil rabitə bazarında yenilikdir. Göstərilən məktəbdə həyata keçirilən layihə pilotdur və 3G kameralarından istifadəyə tələbat olacağı təqdirdə, biz onun digər orta ümumtəhsil müəssisələrində genişləndirilməsi imkanını nəzərdən keçirə bilərik", - Fərzəliyev qeyd edib.

3G mobil müşahidə kameralarından həm biznesin idarə edilməsi, həm də şəxsi təhlükəsizliyin təmin olunması üçün istifadə oluna bilər. Bunun üçün mobil telefonun düymələrindən istifadə edərək kameranın quraşdırıldığı məkanı müşahidə etmək, müşahidə istiqamətini dəyişmək, eləcə də səs ötürülməsini həyata keçirmək mümkündür.

Xəbər lenti

Xəbər lenti