...

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında iştirak edəcək

Telekommunikasiya Materials 24 Sentyabr 2010 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir H.Vəliyev/

Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında (ITU - International Telecommunication Union) Regional Rabitə Birliyinin (RRB) təkliflər paketinə baxılacağı gözlənilir. Bu barədə RRB-nin məlumatında deyilir.

ITU-nun səlahiyyətli konfransı oktyabrın 4-22-də Meksikada keçiriləcək. İclasda Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təmsil edəcək.

Nümayəndələr kibercinayətkarlıqla mübarizə, genişzolaqlı rabitə bazarının inkişafı, IPv6 protokoluna keçid və digər məsələləri müzakirə edəcəklər.

Səlahiyyətli konfrans ITU-nun ali orqanıdır. Ona 192 ölkə, təşkilatın gələcək siyasətinin hazırlanmasına cavabdeh olan 700-ə yaxın şirkət, eləcə də milli, regional və beynəlxalq təşkilatlar daxildir.

Dörd ildə bir dəfə çağırılan konfransda ümumi siyasət, dördillik strateji və maliyyə planları müəyyənləşdirilir və təşkilatın ali rəhbərliyi, şura üzvləri və radioreqlament komitəsinin üzvləri seçilir.

Bundan əvvəl Azərbaycan "C" regionu ölkələri qrupu üzrə seçkilərdə 57 səs qazanaraq təşkilatın şurasına daxil ola bilməyib. Seçkilər "A", "B", "C", "D" və "E" regionları üzrə keçirilib.

Xəbər lenti

Xəbər lenti