...

Azərbaycan və Kuba İKT sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Telekommunikasiya Materials 29 Sentyabr 2010 17:32 (UTC +04:00)
Azərbaycanın aparıcı İT şirkətlərinin nümayəndələri informasiya-kommunikasiya texnologiyaları üzrə I Azərbaycan-Kuba biznes forumunda iştirak edəcəklər.
Azərbaycan və Kuba İKT sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın aparıcı İT şirkətlərinin nümayəndələri informasiya-kommunikasiya texnologiyaları üzrə I Azərbaycan-Kuba biznes forumunda iştirak edəcəklər. Bu barədə çərşənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda deyilir.

Forumun oktyabrın 8-9-da Havanada keçiriləcəyi gözlənilir.

Azərbaycan nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik edəcək.

Səfər Kubanın informasiya və rabitə naziri Ramiro Valdes Mendezin dəvəti ilə təşkil olunacaq.

Səfər çərçivəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir sıra görüşlər keçirəcək və nəticədə iki ölkə arasında İKT sahəsində, xüsusilə də telekommunikasiya və poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir. Kuba bu sahədə Azərbaycan təcrübəsini öyrənmək niyyətindədir.

Həmçinin, Kuba İnformasiya Elmləri Universitetində kompüter auditoriyasının açılış mərasimi keçiriləcək - Azərbaycan kompüter texnikası istehsalçılarından təhsil müəssisəsinə hədiyyə.

Xəbər lenti

Xəbər lenti