...

İlin sonuna qədər "AzDATACOM" milli İnternet infrastrukturu Azərbaycanın bütün ərazilərini əhatə edəcək – nazir müavini

Telekommunikasiya Materials 22 Oktyabr 2010 13:14 (UTC +04:00)
İlin sonuna qədər "AzDATACOM" milli internet-infrastrukturu respublikanın bütün ərazilərini əhatə edəcək. Bu barədə cümə günü Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Azərbaycan regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edərək deyib.
İlin sonuna qədər "AzDATACOM" milli İnternet infrastrukturu Azərbaycanın bütün ərazilərini əhatə edəcək – nazir müavini

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir А.Axundov/

İlin sonuna qədər "AzDATACOM" milli internet-infrastrukturu respublikanın bütün ərazilərini əhatə edəcək. Bu barədə cümə günü Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Azərbaycan regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edərək deyib.

Məmmədovun sözlərinə görə, paytaxt və regionlar arasında əlaqə yaratmaq üçün bütün respublika üzrə 200 kilometrdən çox fiberoptik kabel magistralı çəkilib.

"Bu gün kənd telekommunikasiya qovşaqlarının rayon mərkəzlərinin telekommunikasiya qovşaqlarına qoşulması üzrə işlər aparılır. Naxçıvan və Bakı arasında əlaqə İran, Gürcüstan və Türkiyə ərazisi vasitəsilə çəkilmiş optik xətlərlə yaradılır. Respublikanın regionlarında analoji telefon stansiyaları avadanlıqlarının rəqəmsalla əvəz olunması üzrə işlər aparılır və bugünə, nazirlikdən verilən məlumata görə, avadanlıqların 86 faizi rəqəmsal ATS-lərin payına düşür", - Məmmədov deyib.

Həmçinin, nazir müavininin sözlərinə görə, Azərbaycanın "Azərpoçt" MMC poçt rabitə operatoru şəbəkəsi vasitəsilə əhaliyə regional səviyyədə maliyyə və bank xidmətlərinin göstərilməsi üçün baza və infrastrukturun yaradılması üzrə işləri həyata keçirmək planlaşdırılır.

Nazir müavini, həmçinin, gerçəkləşən rəqəmsal teleradioyayımına keçid layihəsinə də toxunub və qeyd edib ki, rəqəmsal televiziyaya tam keçid 2012-ci ilin sonuna planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti