...

Azərbaycanda tətbiq edilən "Elektron səsvermə" sisteminin hüquqi qüvvəsi yoxdur – nazir Əli Abbasov

Telekommunikasiya Materials 4 Noyabr 2010 18:43 (UTC +04:00)
Qarşıdan gələn parlament seçkilərində tətbiq ediləcək "Elektron səsvermə və ictimai fikrin müəyyən edilməsi" sisteminin hüquqi qüvvəsi yoxdur və yekun səsverməni əks etdirə bilməz.
Azərbaycanda tətbiq edilən "Elektron səsvermə" sisteminin hüquqi qüvvəsi yoxdur – nazir Əli Abbasov

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir H.Vəliyev/

Qarşıdan gələn parlament seçkilərində tətbiq ediləcək "Elektron səsvermə və ictimai fikrin müəyyən edilməsi" sisteminin hüquqi qüvvəsi yoxdur və yekun səsverməni əks etdirə bilməz. Bu barədə cümə axşamı Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, seçkilərdə qeyri-hökumət təşkilatı tərəfindən istifadə ediləcək sistem "Elektron hökumət"in komponentlərindən biridir, Mərkəzi Seçki Komissiyasının subyekti deyil və buna uyğun olaraq hüquqi qüvvəyə malik deyil. Lakin "exit-poll"un seçkilər zamanı apardığına oxşar kimi, ictimai fikir haqqında təsəvvürə malik olmaq üçün qeyri-hökumət və digər ictimai təşkilatların araşdırmalarına kömək edə bilər.

Abbasovun sözlərinə görə, bu gün "Elektron səsvermə" sistemi hətta inkişaf etmiş ölkələrdə hüquqi qüvvəyə malik deyil.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan "Elektron səsvermə və ictimai fikrin müəyyən edilməsi" sistemi qarşıdan gələn parlament seçkilərində qeyri-hökumət təşkilatları tərəfindən istifadə ediləcək.

Yeni sistem seçicilərə şəxsi kartın PİN kodundan istifadə etməklə, internet (internet saytı) vasitəsilə səs verməyə imkan verəcək. Sistem "bir vətəndaş - bir səs" prinsipi üzrə həyata keçirilən səsvermə prosesinin tam anonimliyinə zəmanət verir.

Parlament seçkilərinin keçəcəyi seçki komissiyaları etibarlı telefon rabitəsi və internet şəbəkəsi ilə təchiz ediləcəklər.

Seçki prosesinin şəffaflığının təmin olunması üçün bir sıra seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Səsvermənin gedişini "onlayn" rejimdə izləmək mümkün olacaq ki, bu da seçicilərə seçki məntəqələrindən daxil olan nəticələri interaktiv izləməyə imkan verəcək.

Hər bir seçki məntəqəsindən məlumat dairə seçki məntəqələrinə, daha sonra isə "Seçkilər" məlumat şəbəkəsi mərkəzinə ötürüləcək.

Səsvermə prosedurunun avtomatlaşdırılması üçün Milli Məclisdə səsvermə sisteminin avtomatlaşdırılması məqsədilə yaradılan "Seçkilər" dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə olunacaq.

Proqram təminatı iki moduldan ibarətdir: birincisi, dairə seçki komissiyalarının informasiya məntəqələri üçün, ikincisi, informasiya mərkəzində administratorun iş yerinin avtomatlaşdırılması üçün. Sistemin əsas funksiyaları bunlardır: səsvermənin gedişinin əks olunması, protokolların kompüterin məlumat bazasına daxil edilməsi, deputatların və siyasi partiyaların adlarının daxil edilməsi, dairə seçki komissiyalarında protokollara yekun vurulması.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti