...

"Azərpoçt" gələn ildən mikrokreditlərin verilməsinə başlayacaq

Telekommunikasiya Materials 1 Dekabr 2010 13:22 (UTC +04:00)
Ümumdünya Poçt İttifaqının (ÜPİ) baş direktoru Eduard Dayan Azərbaycanın dövlət poçt operatoru "Azərpoçt"un maliyyə xidmətlərinin inkişafı layihəsi çərçivəsində gördüyü işlərlə tanış olub.
"Azərpoçt" gələn ildən mikrokreditlərin verilməsinə başlayacaq

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir H.Vəliyev/

Ümumdünya Poçt İttifaqının (ÜPİ) baş direktoru Eduard Dayan Azərbaycanın dövlət poçt operatoru "Azərpoçt"un maliyyə xidmətlərinin inkişafı layihəsi çərçivəsində gördüyü işlərlə tanış olub.

Bu gün Bakıda keçirilən iclasda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov layihə çərçivəsində görülən işlər barədə Dayana məlumat verib.

Abbasovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə bank və maliyyə xidmətlərinin göstərilməsi poçt rabitəsi sisteminin inkişafına və möhkəmlənməsinə gətirib çıxarıb. Ona görə də DB, ÜPİ və digər beynəlxalq təşkilatlar poçt sistemi üçün müəyyən pilot layihələr hazırlayıblar ki, onlardan biri də Azərbaycanda həyata keçiriliən maliyyə xidmətlərinin inkişafı layihəsidir.

Bu gün "Azərpoçt"un poçt filiallarının təxminən 70 faizi yenidən qurulub. Əsas məqsəd Azərbaycanın bütün poçt sistemini əhatə edən kompüter informasiya mərkəzinin yaradılmasıdır. Eləcə də poçt şöbələri vasitəsilə əhaliyə bank xidmətləri göstərmək üçün kadrların hazırlanması məsələsi həll olunur, yeni əməliyyat sistemi hazırlanıb.

Bu gün poçt rabitə operatoruna AMB-dən alınan lisenziya əsasında bütün bank əməliyyatlarının (kreditlərin verilməsindən başqa) göstərilməsi imkanı verilib.

Ababsovun dediyi kimi, "Azərpoçt"un infrastrukturu bütün respublika üzrə ən şaxələnmiş şəbəkədir ki, bu da böyük üstünlüklərə malikdir.

Nazirin sözlərinə görə, 2011-ci ildən mikrokreditləşmə xidmətlərinin göstərilməsi gözlənilir. Bu sahədə heç bir bank filialları şaxələnmiş şəbəkəsinə görə poçt operatorları ilə rəqabət apara bilməz ki, bu da öz növbəsində regiondakı iqtisadi fəallığa təsir göstərir.

Xəbər lenti

Xəbər lenti