...

Azərbaycanda kompüter insidentlərinə reaksiya komandası yaradılıb

Telekommunikasiya Materials 8 Dekabr 2010 12:04 (UTC +04:00)
"AzScienceNet" elmi kompüter şəbəkəsinin yaradılması layihəsi çərçivəsində kompüter insidentlərinə AZ-CERT reaksiya komandası yaradılıb.
Azərbaycanda kompüter insidentlərinə reaksiya komandası yaradılıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir H.Vəliyev/

"AzScienceNet" elmi kompüter şəbəkəsinin yaradılması layihəsi çərçivəsində kompüter insidentlərinə AZ-CERT reaksiya komandası yaradılıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) çərşənbə günü verdiyi məlumatda deyilir.

AZ-CERT-in əsas fəaliyyəti informasiya təhlükəsizliyi ilə bağlı insidentlər, bu sahədə müvafiq beynəlxalq strukturlarla elmi-analitik tədqiqatların və əməkdaşlığın aparılması haqqında məlumatların toplanması və operativ reaksiya olacaq.

Azərbaycanda belə strukturun yaradılması üzrə işlər "Kibercinayətkarlıq haqqında" Konvensiyanın əsasnaməsinə uyğun aparılır.

Bu gün "AzScienceNet" şəbəkəsinə iki mindən artıq kompüter qoşulub, istifadəçilərin sayı 10 minə çatır. Buraxılış qabiliyyəti 71 Mbit/s olan "AzScienceNet" rabitə kanalı "Delta Telecom" ilkin provayderi tərəfindən icarəyə götürülüb.

Layihə çərçivəsində operativ nəzarətin və informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması üçün mobil monitorinq və informasiya təhlükəsizliyi xidməti yaradılıb.

"AzScienceNet" şəbəkəsi mərkəzləşdirilmiş antispam və antivirus servisləri ilə müdafiə olunur. Bu gün "AzScienceNet"in infrastrukturunun genişlənməsi, DATA-mərkəzin yaradılması, GRID, Cloud Computing və Eduroam (Education Roaming) servislərinin tətbiqi, videokonfrans sisteminin təşkili, beynəlxalq səviyyədə və digər ölkələrdə fəaliyyət göstərən müvafiq elmi şəbəkə qurumları ilə inteqrasiya istiqamətində kompleks işlər həyata keçirilir.

İTİ tərəfindən "AzScienceNet"in şəbəkə infrastrukturunun formalaşdırılması üzrə konseptual analiz işlənib hazırlanıb və plana uyğun olaraq, 2012-ci ilədək şəbəkə infrastruktutu, maddi-texniki baza və internet şəbəkəsinə çıxışı olan elmi müəssisələrin daxili koprorativ infrastrukturu yaradılacaq.

Xəbər lenti

Xəbər lenti