...

Bakı və Abşeronda rəqəmsal telekanalların sayı 52-yə çatdırılacaq

Telekommunikasiya Materials 22 Dekabr 2010 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir H.Vəliyev/

Bakı və Abşeron yarımadası ərazisində rəqəmsal formatlı telekanalların sayı 52-yə çatdırılacaq. Bu barədə Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov deyib.

Şərifovun sözlərinə görə, İB tərəfindən 40 kanallı baza stansiyasının alınması planlaşdırılır, montajdan sonra 12 rəqəmsal telekanaldan ibarət fəaliyyət göstərən paketin sayı 52-yə qədər çatdırılacaq. İşlərə 2011-ci ilin yanvar-fevralında başlamaq planlaşdırılır.

Hazırda 12 televiziya kanalından ibarət olan rəqəmsal paket Bakı və Abşeron yarımadasında sınaq istismardadır. İstehsalat Birliyi tərəfindən rəqəmsal televiziya kanalların sayının 24-ə qədər artırılması üzrə eksperimet uğurla keçirilib. Bu, ilk dəfə olaraq "BakuTel-2010" telekommunikasiya sərgisi çərçivəsində göstərilib.

"Aldığımız yeni nəsil baza stansiyası çoxfunksiyalı olacaq və televiziya kanallarının sayını tədricən 60, 80 və daha çox ədədə qədər artırmağa imkan verəcək. Telekanalların sayının artırılması aldığımız əlavə genişləndirici avadanlıqdan - ötürücülərdən asılı olacaq", - Şərifov bildirib.

"Teleradio"nun baş direktorunun sözlərinə görə, bu, regional səviyyyədə də rəqəmsal telekanalların sayının artmasına təsir göstərəcək ki, buna da radiorele xəttin modernləşdirilməsi və onun buraxılış qabiliyyətinin artırılması sayəsində nail olmaq olar.

"Regionlara rəqəmsal kontentin davamlı ötürülməsi üçün biz onların sayını korrektə edəcəyik və sistemin özünün hansı dərəcədə yaxşı göstərəcəyindən asılı olaraq, kanalların sayı artırılacaq. Nəzəri sistem rəqəmsal televiziyanın orta hesabla 50 kanalını ötürməyə imkan verir", - Şərifov vuğulayıb.

Hazırda İB tərəfindən Lerikdə anten-fider sisteminin quraşdırılması üzrə işlər də başa çatdırılıb. Şirvan rayonunda işlər başa çatmaq mərhələsindədir. "Teleradio" Lerik və Şirvanda iki ötürücü quraşdırmağı da planlaşdırır. Belə ki, bu iki rayon cənub regionları ilə birləşdirici halqa rolunu oynayır. Bu marşrut belə qurulub: Bakı-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lənkəran-Lerik.

"Lerik rayonuna siqnalı çatdırmaq üçün hələ keçmiş SSRİ dövründə tikilən əsas xəttin modernləşdirilməsi tələb olunur. Modernləşdirmə üzrə işlər ilin sonunadək başa çatmalıdır. Bu isə radiorele xətlər vasitəsilə rəqəmsal siqnalı Lerik və Şirvana ötürməyə imkan verəcək", - Şərifov əlavə edib.

Rəqəmsal televiziyanın sərhədyanı ərazilərdə işə salınması xarici telekanalların Azərbaycanın efir məkanına müdaxiləsinin qarşısını alacaq. Hazırda ötürücülər artıq quraşdırılıb, onlar cəlb edildikdən sonra işlər şimal-qərb istiqamətində aparılacaq.

Hazırda rəqəmsal televiziya Bakı və Abşeron yarımadası ərazisində və Gəncədə təcrübi istismara verilib. Rəqəmsal televiziya yayımı MPEG-4 standartında həyata keçirilir. Televiziyanın rəqəmsal standartına keçmək üçün əhali dekoderlər almalıdır. Bakı televiziya qülləsindən yayımlanan siqnal Salyan, Siyəzən və Qobustana çatır.

Xəbər lenti

Xəbər lenti