Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir H.Vəliyev/
"Western Union" sistemi ilə pul köçürmələri xidmətləri ilin sonunadək Azərbaycan dövlət poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin şöbələrinin əksəriyyətində mümkün olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri, Regional Poçt Rabitəsi təşkilatında Poçt rabitəsi üzrə komissiyanın sədri Novruz Məmmədov bildirib.
Bu gün Bakıda "Azərpoçt" MMC və "
Pul köçürmələrinin həyata keçirilməsi üzrə tərəfdaşlıq sazişi ötən ilin noyabrında imzalanıb.
"Western Union" şirkətinin Şərqi Avropa və MDB üzrə regional vitse-prezidenti Conatan Klausun sözlərinə görə, "Western Union"un "Azərpoçt"la sazişi respublikanın demək olar, hər bir yaşayış məntəqəsində pul köçürmələrinin yola salınması və alınması üçün şərait yaradır.
O, bildirib ki, "
Öz növbəsində, Məmmədov Dünya Bankının dəstəyi ilə redallaşdırılan maliyyə xidmətlərinin inkişafı layihəsi haqqında danışaraq "
Respublikanın poçt şöbələrində maliyyə xidmətlərinin göstərilməsi maliyyə xidmətlərinin inkişafı layihəsi çərçivəsində həyata keçirilir. Proqrama görə, "Azərpoçt"un 1600 poçt şöbəsindən 1200-ü maliyyə və bank xidmətləri göstərəcək. Həmin xidmətlər arasında müxtəlif ödənişlər, hesabların açılması, eləcə də pul köçürmələrinin göndərilməsi və alınması da var.