...

Bakıda İKT-nin ənənəvi KİV-in auditoriyasının genişləndirilməsində rolu müzakirə edilir

Telekommunikasiya Materials 16 Mart 2011 18:05 (UTC +04:00)
Çərşənbə günü Bakıda "XXI əsrin dialoqu: Media-İKT" mövzusunda "dəyirmi masa" öz işinə başlayıb.
Bakıda İKT-nin ənənəvi KİV-in auditoriyasının genişləndirilməsində rolu müzakirə edilir

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir H.Vəliyev/

Çərşənbə günü Bakıda "XXI əsrin dialoqu: Media-İKT" mövzusunda "dəyirmi masa" öz işinə başlayıb. Görüşdə Azərbaycanda İKT-nin indiki vəziyyəti və inkişaf perspektivləri, informasiya texnologiyalarının ənənəvi KİV-in oxucu auditoriyasının formalaşdırılmasında, genişləndirilməsində və onun gəlirliyinin artırılmasında rolu, bu sektorda mobil texnologiyalar və kommunikasiyanın rolu məsələləri müzakirə edilir.

Görüş zamanı əvvəllər 50 ekspert arasında keçirilən sorğunun nəticələri açıqlanıb. Onlara "internet və mobil telefoniyanın inkişafına nə xidmət edə bilər", "bu, KİV-in inkişafına təhlükə törədir və ya onun inkişafı üçün təkan ola bilərmi?" sualı verilmişdi.

Rəyi soruşulan ekspertlərin 30 faizi hesab edir ki, İKT və elektron medianın inkişafı ənənəvi KİV-i sıxışdıracaq. Qalan 30 faiz güman edir ki, ənənəvi KİV paralel inkişaf etməkdə davam edəcək. 23 faiz isə cavab verib ki, İKT ənənəvi medianın inkişafına xidmət edir, digərləri isə vəziyyətin pisləşəcəyini fikirləşirlər.

Xəbər lenti

Xəbər lenti