...

Azərbaycanda interaktiv təhsil sistemi yaradılıb

Telekommunikasiya Materials 1 Aprel 2011 12:25 (UTC +04:00)
Azərbaycanda sinif.az interaktiv təhsil sistemi yaradılıb. Portal bir qrup azərbaycanlı alim və proqramçı tərəfindən orta və ali təhsil proqramı üzrəməsafədən təhsil universal platformanın qurulması məqsədilə yaradılıb.
Azərbaycanda interaktiv təhsil sistemi yaradılıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda sinif.az interaktiv təhsil sistemi yaradılıb. Portal bir qrup azərbaycanlı alim və proqramçı tərəfindən orta və ali təhsil proqramı üzrə məsafədən təhsil universal platformanın qurulması məqsədilə yaradılıb.

Resurs orta və irəlilədilmiş səviyyədə seçilmiş dərs proqramı üzrə təhsil, sınaq sistemi, elektron gündəliyin aparılmasını və sairəni nəzərdə tutur. Sistem 5-11-ci siniflər üçün məktəb proqramını əhatə edir. Resursda hər sinif üzrə 40 faizdən artıq dərs materialı yerləşdirilib. 5-11-ci siniflər üçün tam məktəb proqramı ilin sonunadək yerləşdiriləcək. 2012-ci ilin birinci yarısının sonlarına kimi sistem birinci sinifdən dördüncü sinfədək bütün dərs materialını əhatə edəcək.

Bir fənn üzrə proqramı mənimsəmək istəyən hər kəs müxtəlif dərs mövzularından öz dərs proqramını yarada bilər. Mövzuları başa vurduqdan sonra biliyin sınaqdan keçilməsi imkanı olacaq.

sinif.az interaktiv təhsil sistemində ali məktəblərinin sınaq qəbul imtahanlarından da keçmək mümkün olacaq. Abituriyentlər üçün bölmədə hər kəs qəbul imtahanlarının dörd qrupundan birini və 125 sualdan ibarət (700 bal) tərtib olunmuş sınaq imtahanlıarından keçə bilər. Mümkün səhvlərin təhlili abituriyentlərə qəbul imtahanlarına daha effektiv hazırlaşmağa imkan verəcək.

Sistemdə əlavə olaraq, arzu edən hər kəsə öz intellekt səviyyəsini yoxlamağa imkan verən məntiqi testlər də yerləşdirilib.

Perspektivdə sinif.az interaktiv təhsil sistemi ali təhsili də əhatə edəcək. Proqram həllər bu prosesin interaktiv təhsilin dünya tələblərinə və Boloniya prosesinə uyğunluğunu təmin etməsinə imkan verir.

Audio və video fayllardan istifadə imkanları, təqdimatlar və s. həm tələbələr, həm də şagirdlər üçün dərs materialının mənimsənilməsi imkanlarını əsaslı şəkildə genişləndirir.

sinif.az interaktiv təhsil sistemi "tələbə" ("məktəbli"), "pedaqoq" və "valideyn" statusları ilə məlumat bazasına çıxışı təmin etməyə imkan verir. Valideynlər sistem çərçivəsində öz uşaqlarının təhsilinə nəzarət edə bilərlər.

Bu günədək sinif.az sistemində 300-ə yaxın şagird və məktəbli qeyddiyata alınıb.

Xəbər lenti

Xəbər lenti