...

Rusiyanın telematik monitorinq sistemi istehsalçısı Azərbaycanda iştirakını genişləndirir

Telekommunikasiya Materials 8 Aprel 2011 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir H.Vəliyev/

Rusiyanın monitorinqlərin və nəqliyyatın idarə olunması telematik sisteminin istehsalçısı "Rusiya Naviqasiya Texnologiyaları" (RNT) Azərbaycanda iştirakını genişləndirir. Bu barədə Trendə RNT-nin beynəlxalq şöbəsinin direktoru Vitali Kalyagin məlumat verib.

Kalyaginin sözlərinə görə, Azərbaycan bazarı RNT məhsullarının irəliləməsi üçün nisbətən daha perspektivlidir. Azərbaycan bazarında RNT həllərinin irəliləməsi üçün bütün hüquqlar Caspian NavTel şirkətinə məxsusdur.

"RNT-nin müasir həlləri, inteqrasiya və xüsusi həlləri Azərbaycandakı müştərilərə nəqliyyata, iqtisadiyyata və nəqliyyatın dövretmə qabiliyyətinin artırılmasına nəzarət üçün keyfiyyətli məhsul və alət əldə etməyə imkan verəcək ki, bu da sistemimizin sifarişçisi olan müəssisənin gəlirlərini artıracaq", - Kalyagin bildirib.

Onun sözlərinə görə, ilin sonunadək şirkət müxtəlif sahələrdə sistemin istifadəsinin, həllərin müxtəlif sahələrdə daha uğurlu tətbiqinin genişləndirilməsini planlaşdırır.

Şirkətin məlumatına görə, son bir il ərzində RNT-nin beynəlxalq tərəfdaşlıq şəbəkəsi dörd dəfədən çox genişlənib və bu gün yaxın və uzaq xaricdəki dilerlərin sayı 17 şirkət təşkil edir.

Perspektivdə şirkətin planlarına Ukrayna, Belarus, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Misir və Monqolustan bazarlarına yayılma da daxildir, bir sıra xarici ölkələrlə isə tərəfdaşlıq münasibətləri formalaşdırılır.

RNT şirkəti GPS/QLONASS əsasında "AvtoTreker" ticarət markası altında monitorinqlərin və nəqliyyatın idarə olunması telematik sisteminin hazırlanması, istehsalı və tətbiqi üzrə ixtisaslaşıb.

Xəbər lenti

Xəbər lenti