Azərbaycan, Bakı, 17 may /Trend/
"Azerfon-Vodafone" ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini təbrik edir.
Çərşənbə axşamı "Azerfon-Vodafone" ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini qiymətli hədiyyələrlə mükafatlandırıv. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən bu olimpiada 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuşdu.
"Azerfon-Vodafone" gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına istiqamətlənmiş layihələrə yardım göstərilməsini şirkətin prioritetlərindən hesab edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə istedadlı gənclərə dəstək verərək, İKT sahəsində yerli peşəkar kadrların formalaşdırılmasına yardım etməyə həmişə hazırıq", - şirkətin baş icraçı direktoru Yurgen Pitz bununla əlaqədar qeyd edib.
Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasında 1-ci, 2-ci və 3-cü yeri tutan komandaların üzvlərinin "Azerfon-Vodafone" tərəfindən qiymətləndirilməsi şirkətin Azərbaycanın İKT sahəsində kadr hazırlığına verdiyi önəmin nümunəsidir. Qeyd etmək lazımdır ki, Azerfon-Vodaofne ənənəvi olaraq ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasını hər il dəstəkləyir.