...

Nar Mobile növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim etdi (FOTO)

Telekommunikasiya Materials 5 İyul 2011 13:15 (UTC +04:00)
"Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.
Nar Mobile növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim etdi (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Bakı şəhərində Yasamal rayonu, Şıxəli Qurbanov küç., 19 ünvanında (Nizami metrosu yaxınlığında) "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.

Yeni açılan "Nar Dünyası" satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. "Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksesuarları ilə tanış olublar, 3,6 mbp/s yüksək sürətli mobil internet bağlantısından canlı istifadə ediblər.

Hazırda Bakı şəhərində "Nar Mobile" tərəfindən təqdim edilən 11 yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdən isə Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz və Salyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.

Xəbər lenti

Xəbər lenti