...

Azərbaycanın poçt operatoru "Azerfon"un abonent ödənişlərinin qəbuluna başlayacaq

Telekommunikasiya Materials 8 İyul 2011 15:27 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC ölkənin mobil rabitə operatoru "Azerfon" MMC-nin abonent ödənişlərinin qəbuluna başlayacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Məlumata görə, hazırda poçt operatoru "Azerfon" ilə öz şəbəkəsində bu xidmətlərin tətbiqi ilə bağlı danışıqlar aparır. Nazirlikdən deyildiyi kimi, yaxın vaxtlarda xidmətdən istifadə mümkün olacaq ki, bu da mobil operatorun abonentlərinin abonent ödənişlərini həyata keçirmələrinə şərait yaradacaq.

Hazırda "Azərpoçt" şəbəkəsində Azercell və Bakcell GSM-operatorlarının telefon danışıqlarına görə ödənişlər qəbul edilir.

Xəbər lenti

Xəbər lenti