...

Azərbaycan özünün ikinci peykinin yaradılması üzərində işə başlayıb - nazir

Telekommunikasiya Materials 29 İyul 2011 15:30 (UTC +04:00)
Azərbaycan Yerin öyrənilməsi, ekoloji məsələlərin həlli, fövqəladə halların qarşısının alınması və onlarla mübarizə üçün istifadə olunacaq özünün ikinci peykinin yaradılması üzərində işə başlayıb.
Azərbaycan özünün ikinci peykinin yaradılması üzərində işə başlayıb - nazir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Yerin öyrənilməsi, ekoloji məsələlərin həlli, fövqəladə halların qarşısının alınması və onlarla mübarizə üçün istifadə olunacaq özünün ikinci peykinin yaradılması üzərində işə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, ikinci peyk aşağı geostasionar orbitdə yerləşdiriləcək.

Abbasovun dediyi kimi, birinci peyk gələn ilin dördüncü rübündə orbitə buraxılacaq. Hazırda bütün işlər qrafikə uyğun aparılır.

"Azerspace" peykinin istehsal dəyəri 120 milyon manat təşkil edir. Bunun 85 faizi "US Ex-Im" krediti kimi Azərbaycana ayrılacaq. Yerdə qalan 15 faiz isə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi 46 dərəcə şərq uzunluğu orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianspase" şirkəti məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti