...

Azərbaycanın daha iki nazirliyində elektron sənəd dövriyyəsi sistemi tətbiq olunacaq

Telekommunikasiya Materials 20 Sentyabr 2011 10:57 (UTC +04:00)
Azərbaycanın İT şirkəti "Ultra" Azərbaycanın daha iki nazirliyində elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlayıb.
Azərbaycanın daha iki nazirliyində elektron sənəd dövriyyəsi sistemi tətbiq olunacaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İT şirkəti "Ultra" Azərbaycanın daha iki nazirliyində elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Ultra" şirkətinin rəhbəri Zaur Məmmədzadə bildirib.

Onun sözlərinə görə, sistemin yerləşdirilməsi işləri Rabitə və İndormasiya Texnologiyaları və Təhsil nazirliklərində aparılır.

İşlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Elektron sənəd dövriyyəsi sistemi artıq şirkət tərəfindən İqtisadi İnkişaf, Maliyyə nazirliklərində və Heydər Əliyev Fondunda tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti