...

Azercell-dən "Bütün Azərbaycana bağlan!" kampaniyası

Telekommunikasiya Materials 18 Oktyabr 2011 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Ölkə daxilində 1 dəqiqə=5 qəpiklə danış!

"Azercell Telekom" MMC bu bayram da ənənəsinə sadiq qaldı. Azərbaycanın lider mobil operatoru Azercell Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar abunəçilərinə yeni "Bütün Azərbaycana bağlan!" kampaniyasını təqdim edir. Artıq tarif paketindən asılı olmayaraq Azercell Fakturasız Xətt abunəçiləri (SimSim) bütün Azərbaycanla bir qiymətə - dəqiqəsi 5 qəpiyə danışacaqlar!

Kampaniyaya qoşulmaq üçün balansa ən azı 5 AZN dəyərində danışıq kartı yüklənməlidir. Kart balansa yüklənən andan etibarən bütün Azercell abunəçiləri 30 gün ərzində ölkə daxilində 1 dəqiqə= 5 qəpik tarifi ilə danışa biləcəklər. Əlavə hec bir gözlənilməyən xərc yoxdur!

Eyni zamanda kampaniyaya qoşulan GəncSim abonentlərinin 3-cü dəqiqədən sonra pulsuz danışıq imkanı olduğu kimi qalır.

Bir sözlə, Azercell-in abunəçiləri üçün yaratdığı bu imkandan yararlanın və bayram günlərində yaxınlarınızla doyunca danışın!

Xəbər lenti

Xəbər lenti