...

Rabitə Nazirliyi e-hökumət haqqında qanunun hazırlanmasını başa çatdırır

Telekommunikasiya Materials 22 Noyabr 2011 16:06 (UTC +04:00)
İlin sonuna qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət haqqında" qanunun hazırlanmasını başa çatdırmağı planlaşdırır.
Rabitə Nazirliyi e-hökumət haqqında qanunun hazırlanmasını başa çatdırır

Azərbaycan, Bakı, 22 noyabr /Trend müxbir E.İsmayılov/

İlin sonuna qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət haqqında" qanunun hazırlanmasını başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

"Çox güman ki, cari ilin sonuna qədər biz qanunun hazırlanmasını başa çatdıracağıq", - Vəlizadə bildirib.

Onun sözlərinə görə, xüsusən telekommunikasiya sahəsində yeni standartların hazırlanması üzərində iş aparılır. "Yaxın müddətdə onlar təsdiq ediləcək. Bu, 10-dan artıq standartdır", - nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti