...

Azərbaycan regionlarında genişzolaqlı internet portlarının sayı artır

Telekommunikasiya Materials 26 Dekabr 2011 14:21 (UTC +04:00)
Ölkə regionlarında genişzolaqlı internet portlarının sayı 25 min ədəd artıb.
Azərbaycan regionlarında genişzolaqlı internet portlarının sayı artır

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir H.Vəliyev /

Ölkə regionlarında genişzolaqlı internet portlarının sayı 25 min ədəd artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, "Aztelekom" İB tərəfindən kənd yerlərində genişzolaqlı internet şəbəkəsinin inkişafı layihəsinin reallaşdırılması ilə bağlı işlərə artıq başlanılıb.

Genişzolaqlı internet şəbəkəsinin Azərbaycanın 25 rayonunun 236 kəndini əhatə etməsi planlaşdırılır. Çəkilməsi planlaşdırılan optik magistralın ümumi uzunluğu 1,4 min kilometr təşkil edəcək.
Hazırda operator tərəfindən artıq Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Masallı, Ağsu, Ağdam, Sabirabad, Saatlı, Yardımlı, Biləsuvar, Neftçala, Astara və Lerik rayonlarında işlərə başlanılıb.

Layihə İB-nin elan etdiyi tenderin qalibi olmuş Çinin "Huawei Technologies" şirkəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti