Azərbaycan, Bakı, 11 yanvar / Trend /
Yanvarın 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində KATV1 kabel televiziyası operatorunun filialının açılışı olub. Trend-in məlumatına görə, şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
Filial Qaradağ rayonu Lökbatan qəsəbəsi , Y.Məmmədov küçəsi, 1 ünvanında yerləşir.
O, rəqəmsal kabel televiziyası xidmətləri göstərir, gələcəkdə isə şirkət internet xidmətlərinin göstərilməsinə başlamağı planlaşdırır.
Açılış mərasimində "AG Telekom" (KATV1 brendinin sahibi) şirkətinin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər. "AG Telekom" şirkətinin baş direktoru Samir Qurbanov şirkətin yaranma tarixindən danışaraq "KATV1" kabel televiziyasının dinamik inkişaf etdiyini, əhatə dairəsini gün-gündən genişləndiyini bildirdi, şirkətin artıq regionlarda da fəaliyyət göstərdiyini qeyd etdi. O, həmçinin vurğuladı ki, bu yaxınlarda Gəncə şəhərində də KATV1-in nümayəndəliyi açılacaq. Lökbatan filialında qəsəbə sakinlərinə kabel televiziyasının rəqəmsal yayım xidmətləri göstəriləcək. Tezliklə isə abonentlərə yüksəksürətli internet xidməti də təklif olunacaq.
KATV1 kabel televiziya operatorunun abonentləri Lökbatan filialında şirkətin faəliyyəti barədə məlumat əldə edə bilər, kabel şəbəkəsinə qoşulmaq üçün sifariş verə bilərlər. Ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı da yeni filiala müraciət etmək olar. Xatırladaq ki, hazırda ölkə üzrə KATV kabel televiziyası operatorunun 10 filialı fəaliyyət göstərir ki, bunlardan 8-i Bakı şəhərindədir. Şirkət artıq abonentlərə yüksəksürətli intenet xidməti də göstərir. Bundan əlavə "KATV1-Afişa" qəzeti vasitəsi ilə abonentlər retranslyasiya olunan telekanalların proqramları və digər maraqlı məlumatlarla tanış ola bilərlər.
Əlavə məlumatı 127 nömrəli telefonla əldə etmək mümkündür.