Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın dövlət idarələri öz internet-resurslarının müdafiəsinə diqqət ayırmalıdır. Bu barədə bazar ertəsi Trend-ə "IntraNS" şirkətinin baş direktoru Faiq Fərmanov bildirib.
Onun sözlərinə görə, AzNET şəbəkəsi kifayət qədər qorunmur və bununla əlaqədar olaraq, ilk növbədə, buna bilavasitə dövlət idarələri diqqət yetirməlidir.
Fərmanov qeyd edib ki, dövlət öz internet-resurslarının informasiya təhlükəsizliyi sistemini gücləndirmək üçün zəruri tədbirlər görməlidir.
"Əvvəlcə şəbəkə administratorlarının ixtisasını artırmaq və bu məsələlər üzrə mərkəzləşdirilmiş kurslar təşkil etmək lazımdır", - Fərmanov deyib.