...

Nar Mobile "Eurovision Azərbaycan" fan klubunun rəsmi sponsoru elan edilib

Telekommunikasiya Materials 27 Aprel 2012 18:39 (UTC +04:00)
"Nar Mobile" mobil operatoru "Eurovision Azərbaycan" fan klubunun rəsmi sponsoru elan edilib.
Nar Mobile "Eurovision Azərbaycan" fan klubunun rəsmi sponsoru elan edilib

Azərbaycan, Bakı, 27 aprel /Trend/

"Nar Mobile" mobil operatoru "Eurovision Azərbaycan" fan klubunun rəsmi sponsoru elan edilib. Belə ki, "Nar Mobile" fan klubun bütün təşkilati məsələlərində, Azərbaycanın beynəlxalq arenada tanınması yönündə və digər məsələlərdə öz dəstəyini göstərəcək.

Trend-in məlumatına görə, beynəlxalq mahnı müsabiqəsi ərəfəsində insanlarda müsabiqəyə marağı və ruh yüksəkliyini artırmaq üçün "Eurovision Azərbaycan" fan klubu aprelin 29-da Dənizkənarı Milli Parkda geniş proqramlı konsert təşkil edəcək. Konsertdə dünya şöhrətli müğənnilər - Emin Ağalarov, Ani Lorak, Diana Qurskaya, Anri Coxadze və digərləri öz ifaları ilə paytaxt sakinləri valeh edəcəklər.

"Nar Mobile" fan klubun rəsmi sponsoru olmasından çox məmnundur. Belə ki, biz hər zaman gənclərin təşəbbüslərini alqışlayır və onlara dəstək oluruq. Biz Azərbaycanın tanınmasında, Azərbaycanda keçiriləcək "Eurovision 2012" müsabiqəsini daha da təntənəli, rəngarəng və yaddaşlarda silinməyən etmək üçün dəstəyimizi əsirgəməyəcəyik. İlk addımımız kimi, artıq aprel ayının 29-da Dənizkənarı Milli Parkda konsertin təşkili oldu. Ölkəyə dəvət olunmuş xarici müğənnilərin iştirakı ilə keçiriləcək konsert vətəndaşlarımıza, xalqımıza olan sevginin bariz nümunəsidir. Həmin gün biz sizlərə əsl bayram ab-havası yaşadacağıq. Odur ki, hamını konsertə dəvət edirik", - "Azerfon" şirkətinin baş direktoru Yurgen Pitz bildirib.

Qeyd edək ki, geniş konsert proqramı aprelin 29-da Dənizkənarı Milli Parkda saat 19:00-da başlayacaq. Konsertə giriş tamamilə pulsuzdur.

Xəbər lenti

Xəbər lenti