...

Azərbaycanda stasionar telefoniyanın nömrə tutumu artıb

Telekommunikasiya Materials 30 Aprel 2012 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir H.Vəliyev/

Birinci rübün nəticələri üzrə Azərbaycanda ümumi nömrə tutumu 3 min ədəd olan yeni ATS-lər istismara verilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanvar-mart aylarının yekunları üzrə hesabatında deyilir.

Hazırda bütün respublika ərazisi üzrə ATS şəbəkəsinin nömrə tutumu 1 733 607 ədəd təşkil edir.

Nazirliyin statistikasına əsasən, hazırda respublika üzrə hər 100 nəfərə orta hesabla 18,6 ədəd telefon düşür. Bu göstərici paytaxtda 36,4 ədəd, respublikanın digər regionlarında 10,99 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edir.

Hər 100 ailəyə 68,8 ədəd telefon düşür. Bu rəqəm Bakıda 136,5 ədəd, respublikanın qalan regionlarında isə 47,53 ədəd təşkil edir.

"Aztelekom" və "Bakı Telefon Rabitəsi" istehsalat birliklərinin CDMA standartlı simsiz rabitə şəbəkəsi respublikanın təqribən 80 faiz əhalisini əhatə edir, abunəçilərin ümumi sayı 29 mini ("Aztelekom" şəbəkəsi üzrə 20191, "Bakı Telefon Rabitəsi" üzrə isə 8888) ötür.

Xəbər lenti

Xəbər lenti