...

"Nar Mobile" yeni mobil tətbiqini təqdim edir

Telekommunikasiya Materials 30 Aprel 2012 13:29 (UTC +04:00)
Hər zaman yeniliklərə imza atan Nar Mobile bu dəfə abunəçilərini yeni mobil tətbiqlə sevindirir.
"Nar Mobile" yeni mobil tətbiqini təqdim edir

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Hər zaman yeniliklərə imza atan Nar Mobile bu dəfə abunəçilərini yeni mobil tətbiqlə sevindirir. Artıq "Android" platformalı telefonlara sahib olan abunəçilər yazılmış tətbiq ilə Nar Mobile xidmətlərindən istifadə edə və balanslarını sorğulaya bilərlər. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Həmçinin cari və yeni tariflər, operatorun göstəridiyi bütün xidmətlər haqqında məlumatlar ala bilərlər. Tətbiq Azerfon telekommunikasiya şirkətinin Informasiya Texnologiyaları bölümünün əməkdaşı Rəcəb Davudov tərəfindən hazırlanıb.
"Tələbata uyğun olaraq və müştərilərimizə daha da yaxşı xidmət göstərmək üçün yeni texnologiyaların tətbiqi hər zaman gündəliyimizdədir. Kadrlarımızın iş və professional inkişaf şəraitlərini daha da yaxşılaşdıraraq bu cür nailiyyətlərin sayını daha da artıra biləcəyimizdən əminəm", - bunu isə şirkətin İT üzrə Baş direktorun müavini Xəyyam Həsənli əlavə edib.

Qeyd edək ki, proqram sadəcə USSD komandları ilə işləyir. Tətbiqi aşağıdakı linkdən yükləyə bilərsiniz:

https://play.google.com/store/apps/details?id=jubatus.android.nar

Nar Mobile brendi ilə ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti