...

"Nar Mobile"ın şəbəkəsindəki texniki problemlər yaxın vaxtlarda aradan qaldırılacaq

Telekommunikasiya Materials 18 May 2012 17:12 (UTC +04:00)
"Nar Mobile" şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparılan zaman texniki qəza baş verib.
"Nar Mobile"ın şəbəkəsindəki texniki problemlər yaxın vaxtlarda aradan qaldırılacaq

Azərbaycan, Bakı, 18 may /Trend/

"Nar Mobile" şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparılan zaman texniki qəza baş verib.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, qəzanın səbəbləri araşdırılır və qısa müddətdə aradan qaldırılacaq.

Qəzanın nəticələrinin aradan qaldırılması üçün Nar Mobile-ın işçi heyəti fövqəladə iş rejimində işləyir və vəziyyətin inkişafı barədə məlumat ictimayyətə mütəmadi olaraq KİV vasitəsilə çatdırılacaq.

"Nar Mobile" yaranmış problemin anlayışlı qəbul ediləcəyi ümidi ilə yaranmış narahatlığa görə abunəçilərindən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti