Azərbaycan, Bakı, 24 may / Trend, müxbir H.Vəliyev /
4G (LTE - Long Term Evolution) standartından istifadə etməklə məlumatların ötürülməsi xidmətlərinin açılması lisenziyalaşdırma tələb etmir. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov cümə axşamı Bakıda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda İnternet xidmətləri lisenziyalaşdırılmır. Lakin bu heç də həmin prosedurun tənzimlənməməsi demək deyil. Doğrudur, proseduru lisenziyalaşdırma prosesi adlandırmaq olmaz, daha doğrusu, bu, həm Nazirlikdə, həm də Dövlət Radiotezlikləri İdarəsində icazə alınması prosedurudur.
Bu gün Azercell Bakıda 4Gşəbəkəsinin açıldığını elan edib. Dördüncü nəsil şəbəkəsi hələlik yalnız Bakının ərazisini əhatə edir. 4G rabitəsinin təmin edəcək ayrıca Hot-Spot stansiyaları Milli Dənizkənarı Parkın ərazisində fəaliyyət göstərəcək. Söhbət məlumatların ötürülməsi xidmətlərindən gedir. Eləcə də istifadəçilərə LTE standartını dəstəkləyən DATA-kartlar da təklif olunur.
"Azercell Telekom" MMC-nin rəhbəri Əli Ağanın sözlərinə görə, 4G modemləri iyunun 18-dən satışa çıxarılacaq, şəbəkənin Bakını tam əhatə etməsi isə il ərzində başa çatacaq.