...

Çinin CGWIC korporasiyası Azərbaycanın peyk proqramlarında iştirak etmək niyyətindədir

Telekommunikasiya Materials 7 Sentyabr 2012 14:08 (UTC +04:00)
CGWIC (China Great Wall Industry Corporation - Böyük Çin Səddi Sənaye Korporasiyası) korporasiyası Azərbaycanın qarşıdakı peyk proqramlarında iştirak etmək niyyətindədir.
Çinin CGWIC korporasiyası Azərbaycanın peyk proqramlarında iştirak etmək niyyətindədir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir H.Vəliyev/

CGWIC (China Great Wall Industry Corporation - Böyük Çin Səddi Sənaye Korporasiyası) korporasiyası Azərbaycanın qarşıdakı peyk proqramlarında iştirak etmək niyyətindədir. Bunu CGWIC-nin vitse-prezidenti Qao Ruofey Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirdiyi görüşdə bildirib. Trend-in məlumatına görə, bu barədə cümə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinın məlumatında deyilir.

Ruofeyin sözlərinə görə, Çin telekommunikasiya, kosmik sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bununla əlaqədar şirkət "Azərkosmos" ASC-nin qarşıdakı tenderlərində iştirak etməyə hazırdır.

Çin nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi respublikanın peyk proqramı ilə tanışlıq, peyk rabitəsi və yüksək texnologiyaların digər sahələrində ikitərəfli fəaliyyətin irəliləməsidir.

Öz növbəsində, rabitə və infortmasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkənin peyk proqramı haqqında qonağa məlumat verərək, Azərbaycan peyklərinin orbitə çıxarılmasına dair qarşıdakı layihələr barədə danışıb. O qeyd edib ki, bu çərçivədə Azərbaycan Çin şirkətinin təkliflərini nəzərdən keçirməyə hazırdır.

CGWIC Çinin iri dövlət şirkətidir. Şirkət peyklərin kommersiya buraxılışı və tədarükünü həyata keçirir, habelə kosmik texnika sahəsində beynəlxalq əməkdaşlığın inkişafı ilə məşğul olur.

Kosmik məhsulların istehsalı və kosmik texnologiyalar sahəsində xidmətlərin göstərilməsi ilə yanaşı, şirkət yeni enerji mənbələri və materialları, informasiya-elektron məhsulları, neft və neft-kimya avadanlığının tədarükçüsüdür.

Xəbər lenti

Xəbər lenti