...

Sazz 4G İnternet “City Challenge GT 3” yarışının sponsorlarından biri olub (FOTO)

Telekommunikasiya Materials 24 Oktyabr 2012 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Oktyabr ayının 26, 27 və 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda "City Challenge" yarışları keçiriləcək. Yarış layihəsini dəstəkləyən yerli və beynəlxalq sponsor şirkətləri arasında Sazz 4G İnternet markası altında ölkədə genişzolaqlı internet xidmətləri göstərən "AzQtel MMC" də var.

Yarışda Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edəcək. Sazz 4G İnternet Mülner komandasının Porsche avtomobilinin sponsoru kimi çıxış edəcək. Komadanın rəhbəri Bernard Mülner qeyd edib ki, "Sazz İnternet mükəmməl keyfiyyətli qurğuları ilə beynəlxalq standartlara uyğun, sürətlə inkişaf edən internet provayder şirkətidir və Sazz İnternet komandası ilə tərəfdaş olduğumuz üçün çox məmnunuq".

Öz növbəsində "AzQtel MMC" şirkətinin rəhbəri Ceyhun Mollazadə qeyd edib ki o, Bakıda ilk dəfə keçirələcək dünyaca məşhur avtomobil yarışmasında Sazz 4G brendinin tanıdılmasını şirkət üçün gözəl fürsət hesab edir.

Qeyd edək ki, "City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafında olacaq. Yarışda 10 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edəcək. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunacaq.
Bakıdan əvvəl City Challenge avtomobil yarışması Budapeşt və Buxarestdə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti