Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti böyük məmnuniyyətlə 26-28 oktyabr tarixlərində Bakıda keçiriləcək "City Challenge GT" yarışmasının rəsmi telekommunikasiya tərəfdaşı olduğunu elan edir. "City Challenge Baku 2012" yarışmasının əsas tədbiri "City Challenge GT" formatında və FİA GT3 qaydalarına uyğun olaraq (hər avtomobildə 2 sürücü) keçiriləcək GT avtomobillərinin yarışı olacaq.
Tədbir üçün Azərbaycanın Hökumət Evinin və dənizkənarı bulvarın ətrafında müvəqqəti trek təşkil ediləcək. Tədbir zamanı avtomobillər Hökumət Evinin ətrafında yerləşən yürüş zolağı boyunca hərəkət edəcəklər.
"City Challenge Baku 2012" yeni formatda təşkil ediləcək və yerdən tərpənmə, iki sprint yarışması (hər sürücü üçün bir yarışma) və bir əsas yarış keçiriləcək. Sürücü kateqoriyaları və yaxud handikap sistemi tətbiq edilmir və yarışda yalnız ən yaxşı komanda qalib gələ bilər. "City Challenge Baku 2012" çərçivəsində tanınmış DJ, musiqiçi və qrupların çıxışı daxil olmaqla bütün yaş təbəqələri üçün nəzərdə tutulmuş müxtəlif trek və trekdən kənar əyləncələr təşkil ediləcək.
Bu tədbir insanlar arasında körpü yaradaraq bütün ailə üçün nəzərdə tutulmuş mədəni əyləncə və avto idman təsəvvürləri reallığa çevirəcək. Tədbir zamanı həm iştirakçıların, həm də tamaşaçıların təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görüləcək.
"City Challenge GT" avtomobilləri beynəlxalq səviyyədə bir çox yarış və milli çempionatlarda təmsil olunur.
2007-2009 illərdə "City Challenge" yarışmaları böyük uğurla Buxarest və Budapeşt şəhərlərində keçirilib. İlk yarışı 2007-ci ildə keçirilmiş "City Challenge" yarışması sayəsində FİA GT1, GT2, GT3 və Formula 3 Britaniya Çempionatları Rumıniyanın Buxarest şəhərində keçirilib.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Bakcell" Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan "Bakcel" ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
"Bakcell"in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.