...

Samsung, Huawei, Apple brendləri Nar Mobile-ın stendində (FOTO)

Telekommunikasiya Materials 8 Noyabr 2012 16:12 (UTC +04:00)
Nar Mobile “BakuTel-2012” sərgisini ziyarət edənlərə çox xoş sürpriz edib. Mobil operator dünyada tanınmış Samsung, Huawei, Apple kimi brendlərin yeni məhsullarında Nar Mobile-ın kampaniyaları, tarifləri, mobil imkanlarını sərgi iştirakçıları tərəfindən sınaqdan keçirməyə şərait yaradıb.
Samsung, Huawei, Apple brendləri Nar Mobile-ın stendində (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Nar Mobile "BakuTel-2012" sərgisini ziyarət edənlərə çox xoş sürpriz edib. Mobil operator dünyada tanınmış Samsung, Huawei, Apple kimi brendlərin yeni məhsullarında Nar Mobile-ın kampaniyaları, tarifləri, mobil imkanlarını sərgi iştirakçıları tərəfindən sınaqdan keçirməyə şərait yaradıb.

Belə ki, Cənubi Koreyanın "Samsung" şirkətinin Tab, Note, Galaxy SII, SIII, Cin Xalq Respublikasının "Huawei" şirkətinin planşet və smartfonları, Amerika Birləşmiş Ştatlarının "Apple" şırkətinin isə kompüter, Tab və telefonları qonaqların azad istifadəsinə verilib. Sərgi ziyarətçiləri Nar Mobile-ın təklif etdiyi xidmətlərin yuxarıda qeyd olan brendlərin ən son modelləri vasitəsilə istifadəsindən çox məmnun qalıblar.

Qeyd edək ki, "Nar Mobile" mobile operatoru noyarbr ayının 6-dan 9-dək "Iteca Caspian" şirkətinin keçirdiyi "BakuTel-2012" 18-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisində iştirak edir, yeniliklərini və ən son nailiyyətlərini nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti