...

Azərbaycanda daxil olan trafikin orta sürəti 3,56 Mbit/s təşkil edir

Telekommunikasiya Materials 23 Dekabr 2012 23:50 (UTC +04:00)
"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,56 Mbit/saniyə təşkil edir. Trend-in məlumatına görə, bu barədə şənbə günü şirkətin yaydığı məlumatda deyilir.
Azərbaycanda daxil olan trafikin orta sürəti 3,56 Mbit/s təşkil edir

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir H.Vəliyev/

"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,56 Mbit/saniyə təşkil edir. Trend-in məlumatına görə, bu barədə şənbə günü şirkətin yaydığı məlumatda deyilir.

Bakı üzrə bu göstərici 3,67 Mbit/s, Sumqayıt üzrə isə 2,64 Mbit/s təşkil edir.

Nəticələr şirkətin noyabrın 21-dən dekabrın 20-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 311 366 unikal IP ünvanı seçilib.

Azərbaycan daxil olan trafik reytinqi üzrə 120-ci yeri tutub. Reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində daxil olan trafikin maksimum sürəti 15,34 Mbit/s ("Azertelecom" şəbəkəsində), minimum isə 2 Mbit/s ("TransEuroCom") təşkil edib.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 121-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 1,37 Mbit/s sürətlə çıxırlar. Bakı üzrə bu göstərici 1,42 Mbit/s, Sumqayıt üzrə isə 0,61 Mbit/s təşkil edir.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri də yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində xaric olan trafikin maksimum sürəti 12,86 Mbit/s ("Azertelecom" şəbəkəsi), minimum isə 0,44 Mbit/s ("Azerbaijan Data Network" şəbəkəsi) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti