...

Məşhur Hollivud rejissoru "Bakcell" şirkətinin yeni reklam çarxını çəkdi (FOTO)

Telekommunikasiya Materials 17 Yanvar 2013 16:41 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti məşhur Hollivud rejissoru Pol Anderson tərəfindən çəkilən yeni reklam çarxını təqdim edir.
Məşhur Hollivud rejissoru "Bakcell" şirkətinin yeni reklam çarxını çəkdi (FOTO)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti məşhur Hollivud rejissoru Pol Anderson tərəfindən çəkilən yeni reklam çarxını təqdim edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni reklamın qəhrəmanları "Mançester Yunayted" komandasının futbolçuları Kleverli, Anderson, Pauell və dünya şöhrətli futbolçu Robin Van Persi Bakcell-in Sür@ xidmətini nümayiş etdirirlər.

Yeni reklam çarxı yanvarın 17-də Bakıda keçirilən və Pol Andersonun şəxsən iştirak etdiyi mətbuat konfransı zamanı jurnalistlərə təqdim edilib.

Yeni reklam çarxı barədə danışan "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib: "Biz çox məmnunuq ki, bu yeni reklam çarxı vasitəsilə ən uğurlu məhsulumuz olan Sür@ və keçən ilin ən uğurlu layihəsi olan "Mançester Yunayted" tərəfdaşlığını birləşdirə bilmişik. Sür@ bazarda ən tələb olunan məhsullarımızdan birinə çevrilib və inanırıq ki, modemlərin yeni versiyası da müştərilərin xoşuna gələcək. Bu gün biz Azərbaycanda ilk dəfə olaraq məşhur Hollivud rejissoru tərəfindən çəkilmiş yeni reklam çarxımızı təqdim edirik. Pol Andersonu Bakıda görüb, onun "Bakcell" komandası və "Mançester Yunayted"in futbolçuları ilə birgə iş haqqında təəssüratlarını öyrənmək bizim üçün böyük şərəfdir".

"Bakcell" və "Mançester Yunayted"lə işləməkdən çox məmnunam. Mən çox nadir hallarda reklam çarxı çəkə bilərəm. Reklam çarxına bir mini-film kimi yanaşıram, reklamın ideyası mənim üçün çox vacibdir", - Pol Anderson bildirib.

Sür@ xidməti vasitəsilə "Bakcell" öz müştərilərinə Azərbaycanda ən sürətli mobil internetdən ən sərfəli qiymətlərlə yararlanmaq fürsətini verir.

"Bakcell" şirkəti və dünyanın ən məşhur futbol klubu "Mançester Yunayted" arasındakı tərəfdaşlıq 2012-ci ilin oktyabr ayında elan edilib. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində "Bakcell" şirkəti "Mançester Yunayted"in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları və xüsusilə də "Mançester Yunayted" azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv kontent təqdim edir. "Bakcell" məşhur futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.

Reklam çarxını bu linkdən izləmək mümkündür: http://www.youtube.com/watch?v=P8xGI57u4YA

Məqalədə:
Xəbər lenti

Xəbər lenti