...

"NEXUS" yeni 3G texnologiyalı, 7 düymlük planşet təqdim edir (FOTO)

Telekommunikasiya Materials 18 Yanvar 2013 16:47 (UTC +04:00)
Artıq 10-cu ilini qeyd etməyə hazırlaşan Azərbaycan brendi "NEXUS" şirkəti bazara yeni məhsul təqdim edib.
"NEXUS" yeni 3G texnologiyalı, 7 düymlük planşet təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Artıq 10-cu ilini qeyd etməyə hazırlaşan Azərbaycan brendi "NEXUS" şirkəti bazara yeni məhsul təqdim edib.

1 ildən çoxdur ki, şirkət tərəfindən istehsal olunan milli premium "AzPad" planşetləri nəslindən yeni, müasir tələblərə uyğun və istehlakçıların tələbatlarını ödəyən 7 düymlük "AzPad Mini i7S" modeli satışa çıxarılıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni məhsul hazırlanmamışdan öncə şirkətin marketoloqları tərəfindən yeni texnologiyalar, yerli bazarın tələbləri və istehlakçıların tələbatları təhlil edilib. Tətqiqatlardan yaranan nəticələrə əsasən, "NEXUS" şirkəti "AzPad Mini i7S" modelini istehsal edib. Yeni məhsul Anroid 4.0.4 əməliyyat sistemi, MTK 6577 Dual Core Cortex A9 / 1.2 GHz prosessor, 512MB DDR3 əməli yaddaş, daxili yaddaş 4GB ilə təchiz edilib. Daxili yaddaşı 32 GB-a kimi "Micro SD Card" vasitəsilə artırmaq mümkündür.

Planşetin əsas üstünlüklərindən biri də onun də telefon kimi istifadə olunmasıdır. Bunda başqa, planşet Bluetooth, Wifi, GPS, 3G, FM radio təchiz olunub. Məhsulun çəkisi 390 q-dır.

"AzPad Mini i7S" əvvəlki modellərdən tək ekran ölçüsünə görə deyil, ümumi təchiz edilmiş texniki göstəricilərinə görə fərqlənir və texniki üstünlüklərinə və qiymətinin 175 manat olması ilə bazarda ən sərfəli planşet hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti