...

Azərbaycan peykin istismarından 420 milyon dollar qazanacaq

Telekommunikasiya Materials 11 Fevral 2013 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir H.Vəliyev/

"Azerspace/Africasat-1" peykinin istismarından əldə olunacaq gəlirin həcminin 420 milyon dollar olacağı gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə "Azərkosmos" ASC-dən bildirilib.

Layihənin buraxılışı üzrə investisiyalar 230 milyon dollar təşkil edib. Peykin və peyklərin yerüstü idarəetmə mərkəzlərinin tikintisinə 120 milyon dollar investisiya qoyulub. Peykin orbitə buraxılışına 93 milyon dollar, kosmik aparatın sığortasına isə 17 milyon dollar sərmayə qoyulub.

"Azərkosmos"un proqnozlarına görə, layihə qarşıdakı yeddi il ərzində öz xərcini çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti