...

"Azerfon": "Smartfonlar"ın yayılması Azərbaycanda mobil internet istifadəçilərinin sayının artmasını vəd edir

Telekommunikasiya Materials 18 Aprel 2013 20:03 (UTC +04:00)
"Smartfon" istifadəçilərinin sayının artımı mobil internet istifadəçilərinin sayının xeyli artmasını stimullaşdırır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə "Azerfon" şirkətinin ("Nar Mobile" ticarət nişanı) baş direktoru Kent Maknili bildirib.
"Azerfon": "Smartfonlar"ın yayılması Azərbaycanda mobil internet istifadəçilərinin sayının artmasını vəd edir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir H.Vəliyev/

"Smartfon" istifadəçilərinin sayının artımı mobil internet istifadəçilərinin sayının xeyli artmasını stimullaşdırır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə "Azerfon" şirkətinin ("Nar Mobile" ticarət nişanı) baş direktoru Kent Maknili bildirib.

Onun sözlərinə görə, Azərbaycanın mobil rabitə bazarının inkişaf etməsinə baxmayaraq, gələcəkdə artım üçün potensial mövcuddur.

"Biz şübhəsiz ki, bunu Rusiya və MDB-nin digər bazarlarında müşahidə etmişik. Bu, növbəti illər ərzində mobil rabitə sektorunun davamlı artımının stimullaşdırılmasına kömək etməlidir", - o deyib.

Şirkət rəhbərinin qənaətincə, əhalinin əksəriyyətinin telefonu var və mütəmadi olaraq ondan istifadə edir. Hazırda smartfon sahiblərinin sayı bir o qədər çox deyil ki, bu da yaxşı artım potensialından xəbər verir.

Maknilinin sözlərinə görə, "Azerfon" şəbəkənin inkişafına investisiya yatırmaqda davam edir və bu yaxınlarda bir sıra əsas təkmilləşdirmələri başa çatdırıb. 2012-ci ilin yekunları üzrə "Azerfon" şəbəkəsinin abonentlərinin sayı təqribən 25 faiz təşkil edib ki, bu da şirkətin göstərdiyi xidmətlərin keyfiyyətinin artması ilə əsaslanıb.

"Bütün bunlara əlavə olaraq, biznesimiz mobil internetdən istifadə həcminin artması, 3G texnologiyasının daimi inkişafı və yaxın bir neçə il ərzində 4G-nin tətbiqi səbəblərinə görə gələcəkdə də artacaq. Şəbəkəmizdə mobil internet istifadəçilərinin sayı son il ərzində iki dəfədən çox artıb. Bütün bu amillər DATA-trafik və internet istifadəçilərinin sayının artmasına gətirib çıxaracaq ki, bu da biznesimizin digər vacib sahələrinə fayda verəcək", - o deyib.

Maknilinin fikrincə, hazırda 3G-nin davamlı inkişafına köklənmək lazımdır, bununla əlaqədar olaraq, şirkət yaxın gələcəkdə istehlakçıların əksəriyyətinin nəzərində bu məhsulun daha böyük önəminə inanır. Simsiz rabitəyə üstünlük verən istifadəçilər üçün 4G daha təsirli əhəmiyyət kəsb edəcək, buna görə də "Azerfon" bu sahəyə də investisiya yatırmaq niyyətindədir.

"Azerfon" rəhbəri, həmçinin "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarələrinin göyərtəsində mobil rabitə ("NarAir" xidməti) xidmətlərinin işə salınması məsələsinə toxunub. Onun sözlərinə görə, şirkət xüsusi "OnAir" avadanlığı ilə təchiz edilmiş təyyarələrin sayını getdikcə artırır.

"2014-cü ilin yayınadək AZAL-ın bütün aviaparkının təyyarələrində və yaxın gələcəkdə əldə ediləcək təyyarələrdə "OnAir" avadanlığını yerləşdirməyi planlaşdırırıq", - Maknili vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti